Xəbər lenti

 

Dünya alimləri metobolizm proseslərində mühüm rol oynayan A vitamininin imkanlarını öyrənirlər. Müasir tədqiqatlar göstərir ki, məhz A vitamininin çatışmazlığı immun sistemini zəiflədir və insan infeksiyalar, iltihablar, digər xəstəliklər qarşısında əlacsız qalır. A vitamini həm də ən mükəmməl antidepressantdır. Bu vitamin insan orqanizmi üçün çox əhəmiyyətlidir.

A vitaminin universallığı getdikcə daha çox təsdiq edilir. Onun mədə-bağırsaqda və ümumiyyətlə bütün orqanizmdə iltihabla mübarizə prosesinə təsir etməsi məlum olmuşdur. A vitamini hətta güclü antigistamindir. Alimlər immunitetin vitamindən asılı olduğunu söyləyirlər. Belə ki, immun sistemi tamamilə A vitamini və onun miqdarından asılı olan metabolik proseslərdən asılıdır.

A vitaminini həm də cavanlıq vitamini adlandırırlar. Belə ki, o, dərinin, saçın, dırnaqların və daxili orqanların hüceyrə strukturuna təsir edir.




Ana səhifəyə qayıt        Baxış: 1 032          Tarix: 23-06-2017, 21:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma