Xəbər lenti

 İyulun 2-də işə Beynəlxalq Uroloqlar Assosasiyası və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə başlayan simpozium bu gün də davam edir.

Simpoziumda Azərbaycanın, Türkiyənin, eləcə də Avropanın tanınmış uroloqları iştirak edirlər. Tədbirə  dünyanın əsasən 5 ölkəsindən 120 uroloq qatılıb. Eyni zamanda Pakistan və İraqdan da uroloqlar  iştirak edirlər. 

Lent.az-ın məlumatına görə, simpozium daha dolğun proqramla mütəşəkkil şəkildə təşkil edilib. İlk günü Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev, İstanbulun Medipol Universitetinin professoru Selami Albayrak, Türkiyə Uroloji Laparoskopik Dərnəyinin professoru Yasar Özgök, Beynəlxalq Uroloqlar Assosiasiyasının texnoloji treninqinin baş direktoru Jan de la Rosette çıxış edərək müzakirə ediləcək məsələlərdən danışıblar.

 

S.İmamverdiyev urologiyanın inkişafında və təcrübi biliklərin zənginləşməsində simpoziumun böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, təbabətin bu sahəsində iştirakçıların nəzəri və təcrübi olaraq ən müasir istiqamətlər barədə mübadilə aparacağını bildirib.

 

Bu gün də Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Korpusunda davam edən simpozium əvvəlcə nəzəri müzakirələr, daha sonra laparaskopik simulyatorda məşğələlər və eyni zamanda tədris mahiyyəti daşıyan canlı əməliyyatlarla işini davam etdirir.

Azərbaycanda işləyən tanınmış uroloqlar da müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Simpoziumda iştirak edən xarici qonaqlar  Azərbaycanda urologiya sahəsinin inkişaf etdiyini söyləyib və  ölkəmizdə mövcud olan tibbi imkanlara valeh olduqlarını dilə gətiriblər.

 

Simpozium iyulun 4-dək davam edəcək




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 3-07-2017, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma