Xəbər lenti

 

Görmə orqanındakı dəyişiliklər daxili orqanların patalogiyaları ilə sıx bağlıdır. Endokrin dəyişiliklər,hipertoniya,baş beyin patalogiyaları,birləşdirici toxuma patalogiyalari,infeksion xəstəliklər görmə orqanlarında özünə məxsus dəyişiliklər yaradır.
Endokrin dəyişiliklər: Şəkərli diabet: Hiperqlikemiya zamanı damar keçiriciliyi pozulur, kapilyarların tutulması (okklüziyası)baş verir. Pozulmuş hematoretinal baryerdən mayenin və lipidlərin sızması xarakterik diabetik makula ödeminə səbəb olur,retinanın hipoksiyasına cavab olaraq yeni damarlar yaranır.Bu damarlar qanaxmaya çox meyillidir və bunların zədələnməsi qansızmalara,torlu qişanın traksion qopmasina və neovaskulyar qaukomaya səbəb olur.Sekerli diabet zamanı rast gəlinən əsas simpomlar bunlardır: görmə itiliyinin zəifləməsi,rəng duygusunun azalması,uçuşan cisimciklər,görmə sahəsinin azalmasıdır.
Orqanizmdəki dəyişiliklərin gözdəki təzahürü
Qalxanabəzər vəzin hipofunksiyası zamanı: Trioid vəzinin hormonlarının aşağı miqdarda ifraz olunması mübadilə prosesini zəiflədir ,göz altı torbacıqların əmlə gəlməsinə səbəb olur.
Qalxanabənzər vəzin hiperfunksiyası zamanı: Triod vəzinin hormonlarının normadan artıq ifraz olunması glikozaminoglikanların artması səbəbiylə orbital əzələ liflərinin və yağ toxuması kütləsinin 8 dəfəyə qədər artmasına səbəb olur.Bu dəyişiliklər nəticəsində optik sinirin kompresiyası,miopiya,diplopiya(iki görmə)yaranır.
Orqanizmdəki dəyişiliklərin gözdəki təzahürü
Orqanizmdəki dəyişiliklərin gözdəki təzahürü
Baş beyin patalogiyaları: Hipofizin şişləri:hipofiz şişləri optik sinir və xiazmayı sıxdığı üçün görmə sahəsi defekti yaradırlar,xəstələrin ilk şikayələrindən biri gormənin hissəvi itirilməsidir.
Beyin daxili maye səviyyəsinin artması:beyin-omurilik mayesinin üçüncü və dördüncü mədəciklərdə hər hansı səbəbdən artması (travma,hemoragiya,keçirilmiş meningit) beyin daxili təzyiqin artmasına səbəb olur.Bu isə-3 cü və 6-cı sinirin kompresiyası nəticəsində diplopiya(2 görmə),optik sinirin papilloödemi yaradır.
Hipertoniya: Hipertoniya zamanı patsientləri narahat edən əsas şikayətlər subkonyuktival və ya retinal qansızmalardır,patsientlər bu dəyişiklikləri gözdə qızartı vəya görmə itiliyinin azalması, qara nöqtələr kimi müşahidə edə bilər. Hipertoniya zamanı torlu qişa damarlarında ateroskleroz və daralma müşahidə olunur.Baş verən bu dəyişiliklər nəticəsində arteriya və venaların tutlması,işemik optik neyropatiya,torlu qişa makroanevrizması yaranır.
İnfeksion xəstəliklər. Toksolpazma gondii gözdə toksoplazma xorioretiniti,üveiti kimi xəstəliklər yaradır. Esas simptomlar görməni birtərəfli bulanlıqlaşması və azalmasıdır.Göz dibi müayinəsində perivaskulit,makulyar və optik sinir inflamasiyası müşahidə olunur.
Orqanizmdəki dəyişiliklərin gözdəki təzahürü
Orqanizmdəki dəyişiliklərin gözdəki təzahürü
Metabolik Xesteliklər: Albinizm:Albinizm melanin sintezinin azalması və ya tamamilə sintez olmamasıyla geden genetik patalogiyadır.Albinizm zamanı rast gəlinən əsas simptomlar görmə itiliyinin azalması və nistaqmdır.Ofolmoloji müayinədə fundus hipopiqmentasiyası,foveada luteal piqment yoxlugu müşahidə olunur. Bir çox xəstələrdə yaşa baglı hiperpiqmentasiyanın artması onların görmə itliyinə və nistaqmına müsbət təsir edir. Albinizmin ağır keçən formaları:Chediak-Hiashi sindromu(infeksiyalara yoluxma riskinin yüksək olması),Hermansky-Pudlak sindromudur(qanama riskinin yüksək olmasıdır).
Vitamin A defisiti: Yağda əriyən vitaminlərin çatişmamazlığı reinal degenerasiyaya səbəb ola bilir.Hal hazirda ən çox rast gəlinən vitamin A defisiti artiq çəki səbəbi ilə bypass əməliyyatı keçirmiş ,crohn xəstəliyi səbəbi ilə bağirsaq rezeksiyası keçirmiş patsientlərdir. Bu xəstələrdə malabsorbsiyanın pozulması və həddən artiq çoxalan bakteriyaların vitamin A nı parçalaması nəticəsində vitamin A defisiti yaranır.Xəstələr ilk öncə gecə koluğundan sikayət edirlər. Retinal degenersiya yaranmadan öncə vitamin A müalicəsi pataloji dəyişikləri tamamilə aradan qaldırır.
Yazınının müəllifi: Oftalmoloq Pakizə Bayramova




Ana səhifəyə qayıt        Baxış: 1 107          Tarix: 5-07-2017, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma