Xəbər lenti

 

Sətəlcəm bir və ya hər iki ağciyərdə iltihaba səbəb olan alt tənəffüs sistemi ağciyər infeksiyasıdır. Bu ifeksiya həftələrlə davam edən və ənənəvi müalicəyə cavab verməyən qripə bənzər simptomlara səbəb olur. Sətəlcəm fərqli şəkillərdə ola bilər.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki,  əvvəla, bakteriya və ya viruslar, daha az ehtimalla göbələk və parazitlər sətəlcəmə səbəb olur. Mikrob növü, kimin sətəlcəm olduğunu, xəstəliyin nə qədər ciddi olduğunu və necə müalicə edildiyini müəyyən edir.
Uşaqlarda sətəlcəmin əlamətləri
Yüksək qızdırma - ümumiyyətlə, titrəmə və əzələ ağrısı ilə bərabər yaranır;
Yorğunluq - yuxululuq, halsızlıq və enerji çatışmazlığı;
Nəfəs almada çətinlik çəkmə - xırıltılı nəfəs alma;
Öskürək - quru və ya bəlğəmli öskürək ola bilər;
Ağır hallarda selikli qişa qanla örtülmüş olur;
Mavi rəng - mavi tonlu və ya rəngli dəri (uşaqlarda, bu xüsusilə dodaqlarda və üz ətrafında müşahidə olunur);
Ağrı - ağciyərlərin hansı bölgəyə yoluxduğundan asılı olaraq dəyişən döş və qarın ağrısı;
Mədə problemləri - ürək bulanması, qusma və ishal.




Ana səhifəyə qayıt        Baxış: 1 296          Tarix: 8-07-2017, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma