Xəbər lenti
Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə doqquz şagird zəhərlənib.
Ovqat.com Trend-ə istinadən xəbər verir ki, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.
Məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildiriblər ki, uşaqlardan səkkizi hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Daha bir şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.


Ana səhifəyə qayıt        Baxış: 978          Tarix: 14-04-2017, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma