Xəbər lenti

 

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.

Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.

İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.

Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır.

Digər faydalı təsirlər arasında:

- qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur

- sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır

- güclü antioksidantdır - orqanizmi cavan saxlayır

- insultun qarşısını alır

- beyinin fəaliyyətini yaxşılaşdırır

- qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir

- iş qabiliyyətini artırır, insanı daha gümrah edir

N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.

N vitamini dərman preparatları şəklində də buraxılır. /Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 1 160          Tarix: 17-07-2017, 18:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma