Xəbər lenti

 

Kəklikotu

Təravətli qoxusu ilə yeməklərin əvəzolunmaz elementi olan kəklikotu, ağrıkəsici xüsusiyyəti ilə də tanınır. Xüsusilə kəklikotu yağının faydalarını saymaqla bitmir. Karvakrol adlı bir maddəni ehtiva edən kəklikotu yağı, zeytun yağı ilə massaj edildikdə revmatik ağrıları qısa müddətdə sakitləşdirir. Həkimlər evdə ağrıkəsici yoxdursa, kəklikotu yağından revmatik ağrılara qarşı rahatlıqla istifadə edilə biləcəyini deyir.
 
Nanə

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, əzələləri rahatlaşdıran bitkilərin başında gələn nanə, xüsusilə kürək, əzələ ağrısı və baş ağrısı müalicəsində təsirli olur. Nanə bitkisinin tərkibində mövcud olan mentol analgetik, iltihab əleyhinə və antispazmatik xüsusiyyətləri təqdim etməsi sayəsində əzələ ağrısını və iltihabı azaldır. Qan dövranını artırmaqla ağrı və spazmaları azaldır.
 
Çobanyastığı

Rahatladıcı xüsusiyyəti ilə tanınan çobanyastığı əzələ ağrılarında ən çox istifadə edilən müalicə üsullarının əvvəlində gəlir. Bununla yanaşı təzyiq, baş ağrısı, stress, gərginlik kimi hallarda da müsbət nəticə göstərir.
 
Lavanda

Maviyə çalan bənövşəyi rəngə malik bu gözəl çiçək, müxtəlif xəstəliklərə qarşı yaxşı təsir edən bir çox xüsusiyyəti ilə tanınır. Lavanda yağı ilə, ağrının olduğu bölgəyə dairəvi hərəkətlərlə ediləcək masaj, qan axınını sürətləndirir. Dərhal sonra alınacaq isti bir duş, həm zehni, həm də bədəni sakitləşdirir.



Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 18-07-2017, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma