Xəbər lenti

 

Hər səhər ballı su içməklə heyrətamiz nəticə əldə edə bilərsiniz. 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla həm səhhətinizdə olan problemlərdən qurtula, həm də gözəlliyinizə qovuşa bilərsiniz. Beləliklə, ballı suyun 5 faydasını təqdim edirik:
1. Arıqlamağınıza kömək olur
Balın içindəki şəkər sağlam kalori mənbəyidir. Ballı su içərək həm də digər zərərli içkilərdən imtina edə bilərsiniz. Ballı su həzm prosesinin yaxşılaşdırılması istəqamətində uğurlu seçim ola bilər. 
2. Bağırsaq problemlərinizin qarşısını alır
Qəbizliyi aradan götürür və bağırsaqların funksiyasını yaxşılaşdırır. 
3. Vücudu zərərli maddələrdən təmizləyir
Ballı, ilıq su içərək orqanizminizdə olan zərərli maddələrdən xilas ola bilərsiniz. Ballı suyun içinə limon əlavə edərək xəstəliklərə qarşı mübarizədə faydasını daha da artırmaq mümkündür. 
4. Boğazı yumşaldır
Ballı, ilıq su boğazdakı qıcıqlanma və ağrını azaltmağa kömək edir. 
5. Enerji verir
Halsızlıq halları olarkən qəhvə əvəzinə ballı su seçim edə bilərsiniz. Səhər oyanarkən bir stəkan ballı su içərək yuxudan daha tez ayılmaq mümkündür.




Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 26-07-2017, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma