Xəbər lenti

 

Çox yemək və tox olmaq şeytanın (lən) qəlbə hakim olmasının yollarından biridir, baxmayaraq ki, yemək halal olsa belə.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, yeməyi çox yemək şəhvəti gücləndirər. Şəhvət isə İblisin (lən) ən kəsici silahıdır.
Nəql edilir ki, Yəhya (ə) peyğəmbər İblisi (lən) çoxlu qıfıllarla görür və deyir: "Bunlar nədir?". İblis (lən) deyir: "Şəhvətlərdir ki, onların vasitəsilə insanları bəndəlikdən saxlayıram".
Yəhya (ə) deyir: "Bu qıfıllar içərisində mənim üçün də bir şey vardırmı?".
Deyir: "Bəli. O zaman ki, çox yemək səni namaz və zikrə qarşı ağırlaşdırır, namaz qıla və zikrin şirinliyini hiss edə bilmirsən".
Yəhya (ə) deyir: "Bunlardan başqa da bir şey vardırmı?".
Deyir: "Yox".
Yəhya (ə) deyir: "Bundan sonra Allaha qarşı öhdəçiliyim vardır ki, qarnımı yemək ilə doldurmayacağam".
İblis deyir: "Allaha and olsun ki, bundan sonra heç bir zaman müsəlmana nəsihət verməyəcəyəm".




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 27-07-2017, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma