Xəbər lenti

 

Yay mövsümündə insanları ən çox narahat edən problemlərindən biri də tər qoxusudur.
Ovqat.com axşam.az-a istinadən xəbər verir ki, bəzi məqamlara riayət etməklə tər qoxusunun qarşısını almaq mümkündür. Həmin üsulları təqdim edirik:

1. Limon suyundan istifadə edərək tər qoxusundan xilas ola bilərsiniz.

2. Soda ilə suyu qarışdırıb məhlul halına salın, daha sonra isə qolaltı nahiyəyə vuraraq bir neçə dəqiqə gözləyib durulayın.

3. Pambıq geyimlər tərləmənin qarşısını alır

4. Əzvay (Aloe) bitkisini yarpağının içindəki məhlulu qol altı nahiyəyə gecə yatakən istifadə edin. Mütəmadi olaraq istifadə etdikdə tərləmədən xilas ola bilərsiniz.

5. Pis qoxulara səbəb olan bakteriyalardan xilas olmaq üçün alma sirkəsindən istifadə edə bilərsiniz.




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 27-07-2017, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma