Xəbər lenti

 

Meşə albalısı xoş qoxusu və ləzzətli dadı olan ədviyyatdır.

Marketlərdə asanlıqla tapa bilərsiniz, toz halında satılır. Təbii afrodizyak təsiri olan meşə albalısı cinsi gücü artırır. Xüsusilə, keklərə, çörəklərə qata bilərsiniz.

Meşə albalısının faydaları bununla bitmir. Şəkər xəstələrində şəkəri aşağı salır və prostat şikayəti olanlara faydalıdır. Qan şəkərini aşağı salmaq üçün acqarına su ilə birlikdə gün ərzində 2-3 qəhvə qaşığı meşə albalı tozu içmək olar. Həmçinin, böyrək daşı sancısına faydalıdır. Qaraciyər zəiflədiyində, mədə də həzmsizlik zamanı istifadə olunur.

Aysel Yaqubqızı / Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 1 674          Tarix: 1-08-2017, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma