Xəbər lenti

 

Badımcan bədən sağlamlığı üçün olduqca faydalı bir tərəvəzdir. Üstəlik digər tərəvəzlərdən fərqli olaraq badımcanın kalorisi də azdır. Salatlarınıza, yeməyinizə badımcan əlavə edərək həm də yeməklərinizi dadlandıra bilərsiniz. Sağlamlığımız üçün faydalı olan badımcanın 92%-i sudan ibarət olduğu üçün xüsusilə Ramazan ayında iftar zamanı yeyilməsi məsləhətdir. Badımcan su ehtiyacının böyük qismini qarşılayır.

Ovqat.com ailem.az-a istinadən badımcanın sağlamlığa faydalarını sıralayır:

Qaraciyər detoksu
Badımcan qaraciyərin toksinlərdən təmizlənməsi və yenilənməsinə kömək edir.
Xolesterol səviyyəsini tənzimləyir
Yüksək xolesteroldan əziyyət çəkirsinizsə, badımcanı çox rahatlıqla yeyə bilərsiniz. Həftədə ən az üç dəfə axşam yeməyində yesəniz, yüksək xolesterol getdikcə azalacaq.
Uzun müddət tox saxlayır
Badımcanın tərkibindəki zəngin liflər sürətli şəkildə arıqlamanıza və eyni zamanda tox qalmanıza kömək edəcək.
Ürəyi qoruyur
Badımcan ürək üçün tapılmaz bir nemətdir. Tərkibindəki potasium, B6 vitamini ürək sağlamlığı üçün çox mühümdür. Eyni zamanda badımcandakı antioksidantlar qan təzyiqini aşağı salmağa və bədəndəki sərbəst radikallarla mübarizəyə kömək edir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 406          Tarix: 9-08-2017, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma