Xəbər lenti

 

Cökə yarpağı stressə qarşı olduqca faydalıdır, eyni zamanda yuxusuzluq problemini də əhəmiyyətli dərəcədə ortadan qaldıraraq rahatlaşdırır. Bağırsaqlarda mövcud olan qurdların məhv olmasına yardımçı olur, həmçinin bağırsaqlarda meydana gələn sancıları da aradan qaldırır. Cökə yarpağı öskürəyi kəsərək sinənin daha yumşaq olmasını təmin edir.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, xüsusilə qribal infeksiyaya qarşı olduqca təsirli olan cökə yarpağı bu dövrdə ikən xəstəliyin daha sürətli olaraq yaxşılaşması üçün bol-bol içilməsi tövsiyə edilir. Adətən qribal infeksiyanı tər yolu ilə atmaq daha tez sağalmağı göstərir. Bunun üçün cökə yarpağı ən yaxşı şəkildə tərləməyə yardımçı olur.
Əsasən cökə yarpağı bədən müqavimətini artıraraq müalicə edilməsində yardımçı olur. Cökə yarpağı insanın göz qapaqlarında meydana gələn çapıqlar üçün də faydalıdır. Belə ki, pambığı cökəyə batıraraq göz qapaqların üstünə qoyduğunuz zaman həm çapıqları aradan qaldırır, həm də gözlərinizi sakitləşdirir. Cökə yarpağının suyu qaynadılaraq saçlarınızı yuduğunuz zaman saç köklərinə yedirilməsi saçın qidalanmasına köməkçi olur.




Ana səhifəyə qayıt        Baxış: 1 261          Tarix: 10-08-2017, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma