Xəbər lenti

"İndiyə qədər Tibb Kadrlarının Vahid Registrində 42573 ali təhsilli, 75458 orta təhsilli tibb işçisi qeydiyyatdan keçib".

"Report" xəbər ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiya şöbəsinin müdiri Fariz Babayev bildirib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən həkimlərin 1668-i, orta tibb işçilərinin isə 1428 nəfəri özəl klinikalarda çalışır. F.Babayev deyib ki, bu il avqustun 1-nə olan məlumata görə, 26339 ali və 40869 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi veriib: "Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmalarına yol verilmir".

 




Ana səhifəyə qayıt        Baxış: 1 070          Tarix: 30-08-2017, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma