Xəbər lenti

 

Bəzən uşaqlarda yuxuda olan zaman ağzı açıq halda yatma, xoruldama, qızdırma olmadığı halda arabir öskürmə müşahidə edilir. Bu əlamətlər müşahidə edilən uşaqlarda diqqətin dağılması, hiperaktivlik və əsəbilik baş verir. Bu uşaqlarda badamcıqların əmələ gətirdiyi problemlərdir. Badamcıqlarda adenoidlərin əmələ gəlməsi uşaqlarda bir-sıra patoloji əlamətlərin əmələ gəlməsinə səbəb olur.

Ovqat.com immunitet.az-a istinadən bildirir ki, normal şərtələr altında badamcıqlar orqanizm üçün müdafiə rolunu oynayır. Amma bəzi hallarda onlar orqanizm üçün təhlükəli sayılır və bu zaman xaric edilir.
Adenoidlər çox hitertrofiyalaşdıqda onu vaxtında orqanizmdən xaric etmək lazımdır.Uşaqlarda adenoidlərin gec xaric olunması onlarda müxtəlif patologiyalara səbəb olur. Çünki adenoidlər burun yollarının tutduğuna görə uşaqlar ağız vasitəsilə nəfəs alırlar və bu da onların beyninə oksigenin normal çatmamasına və beyində oksigen aclığına səbəb ola bilir. Adenoidlər 3-14 yaşlarına kimi uşaqlarda qoruyucu funksiya daşıya bilir. Bu funksiyaya adenoid virus infeksiyalarının burun yollarından daxil olmasını əngəlləyərək nail olur. Bəzi valideyinlər uşaqlarının yaşlarının az olduğundan qorxaraq adenoidin xaric olunmasını ləngidir. Onlar bunu narkozdan qorxduqlarına və uşaqlarının yaşının az olmasına əsaslanaraq qeyd edirlər. Lakin həkim adenoidin kəsilməsinə göstəriş vermişsə, onu ləngitməyin nəticələri daha ağır ola bilər.
Adenoid yeni doğulmuş uşaqlarda nisbətən kiçik olur. O uşağın 5 yaşına kimi böyüyür və burun yollarında virus və bakteriyaların düşməsinin qarşısını alır. Uşaq sağlam olduqda adenoid bu yaşdan sonra tədricən kiçilməyə başlayır və 14 yaşlarında atrofiyalaşır. Bəzən bu proses ciddi problemlərə səbəb ola bilir. Belə ki, adenoidin hipertrofiyası orta qulağın, eşitmə yollarının funksiyasının zəifləməsinə səbəb olur.




Ana səhifəyə qayıt        Baxış: 999          Tarix: 5-09-2017, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma