Xəbər lenti

  

Şimal İrlandiya araşdırmaçıları, aspirinin diş çürüməsini geri çevirib dişdə ibarət olan zədələri müalicə edə biləcəyini aşkar ediblər.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Belfastdakı Kraliça Universitetində aparılan araşdırmada, aspirinin diş kökündəki hüceyrələri xəbərdar edərək diş yenilənməsini təmin etdiyi müəyyən edildi.
Ən məşhur diş xəstəliyi olan çürümə - diş sinirinin iltihablanmasına və diş ağrısına səbəb olur. Aspirin uzun illər ağrıkəsici olaraq istifadə edilən bir dərmandır. Xüsusilə baş və əzələ ağrılarını aradan qaldırmaq üçün istifadə edilir.
Dişlərin özünü yeniləməsinə köməkçi olur. 
Öz hüceyrələrini yeniləyə bilmə qabiliyyətləri məhdud olan dişlərin çürüməsi halında plomb texnologiyası istifadə edilir. Ancaq bu plombların insan həyatı boyunca bir neçə dəfə dəyişdirilməsi lazımdır. 
Kraliça Universitetinin Stomatoloji və Biyomedikal Elmlər fakültəsinin professoru İxlas Əl Qar, aspirinin diş kökü hüceyrələrini bərpa etməsiylə plomblara olan ehtiyacın ortadan qaldıracağına dair tədqiqatlar aparır. 
İngiltərənin Diş Araşdırmaları təşkilatı illik konfransında təqdim edilən araşdırma nəticələrində də, aspirinin diş kök hüceyrələrinin funksiyasını artıra biləcəyini və ziyanlı dişin özünü müalicə etməyə köməkçi ola biləcəyini göstərir. 
Mütəxəssislər, sağlamlıq təşkilatları tərəfindən qəbul edilən aspirinin gələcəkdə diş müalicəsində istifadə edilməsi şərtində dünya sağlamlıq sistemi üçün böyük qənaət təmin edilə biləcəyini düşünür.

 




Ana səhifəyə qayıt        Baxış: 995          Tarix: 16-09-2017, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma