Xəbər lenti

“Bizlər Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq. Başqa ölkələrin də bu dövləti 1967-ci il sərhədləri əsasında, Şərqi Qüdsün də paytaxt kimi tanımasını təşviq etməliyik”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının bu gün İstanbulda başlayan toplantısının açılışında bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak edir. 

Nazirlər təşkilatın Qüds məsələsi ilə bağlı bu gün İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

İƏT-in zirvə toplantısında ABŞ Prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 13-12-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma