Xəbər lenti

"Ermənistandan fərqli olaraq Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin kilsədə 5000-ə yaxın erməni ədəbiyyatı dövlət tərəfindən qorunub saxlanılır: "Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi tədbirlər və bizim ölkənin siyasəti arasındakı fərqi aşkar şəkildə görürük".

PA rəsmisi əlavə edib ki, Bakıda çox sayda erməni yaşayır və onlarla heç bir konflikt yoxdur: "Qardaş Türkiyədə də çox sayda erməni kilsəsi fəaliyyət göstərir və qorunur".

O, bir daha xatırladıb ki, ermənilərin həyata keçirdiyi soyqırım zamanı Azərbaycanın bir çox tarixi abidələri, məscidləri dağıdılıb: "1990-cı illərin əvvəllərində proseslər davam edib. Bu bir daha ermənilərin azərbaycanlılara qarşı soyqırım miqyasını və mahiyyətini açıq şəkildə ifadə etmiş olur. Ermənilər fikirlər səsləndirirlər ki, guya orada bəzi məscidlərimiz fəaliyyətini davam etdirir, lakin biz orada olan məscidlərimizin hansı məqsədlə istifadə olunduğunu bilirik". 

 




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 29-03-2018, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma