Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması Milli Məcisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Ovqat.com bildirir ki, Modern.az saytının xəbərinə görə, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu, ümumi münasibətlərin pisləşməsinə yönəlik bir addımdır. Deputat qeyd edib ki, Rusiyada bəzi qüvvələr Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək istəyirlər. Onun sözlərinə görə, Azərbaycanda rusdilli məktəblər, bağçalar var.
“Amma Ermənistanda belə məktəblər yoxdur. Bununla belə Rusiyanın dövlət adamları gedib Qarabağ separatçıları ilə bir tədbirdə iştirak edirlər”-deyə o bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda Rusiya ilə bağlı məsələlərdə öz neytrallığını qoruyub saxlayıb. Deputat bildirib ki, Milli Məclis bununla bağlı müraciət hazırlamalıdır. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti ilə bağlı müraciət hazırlayıb aidiyyatı orqanlara müraciət ünvanlayacaq.
“Onların fəaliyyəti ilə bağlı hesabat təqdim olunmalıdır. Parlamentin dostluq qrupu da bu məsələ ilə bağlı müraciət hazırlamalıdır”-deyə əlavə edib.
Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycan həmişə beynəlxalq təşkilatlarda Rusiyanı dəstəkləyib.
Paylaş: