Xəbər lenti

 

Bu barədə mənə kimsə heç nə deməyib, mən də mətbuatdan oxumuşam. Lakin nə dərəcədə ciddi olduqlarını bilmirəm. Bu barədə türk həmkarımla danışacağam”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürəcik hərbi bazalarının bağlanacağı ilə bağlı açıqlamasına münasibət bildirən ABŞ-ın müdafiə naziri Mark Esper deyib.

Esper qeyd edib ki, Kürəcik bazası ilə bağlı məsələ NATO tərəfindən müzakirə olunmalıdır:

“Əlbəttə, Türkiyə müstəqil bir dövlətdir, NATO və ya digər xarici qüvvələrə öz ərazilərində yer verib-verməyəcəyi barədə qərarları da müstəqil şəkildə verə bilərlər. Amma bu məsələdə ciddidirlərsə, bu, ittifaq səviyyəsində müzakirə olunmalıdır. Bu da Türkiyənin NATO-ya olan bağlılığı ilə əlaqədardır”.

Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində Türkiyəyə qarşı qondarma erməni soyqırımı layihəsi qəbul olunacağı halda, İncirlik və Kürəcik hərbi bazalarının bağlanılacağını açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 17-12-2019, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma