Xəbər lenti
Dünən, 19:25

 

Hazırda neft bazarları uğrunda qızğın mübarizə gedir. Səudiyyə Ərəbistanı şimal-qərbi Avropa üçün ən yüksək endirimlər edir. Paralel olaraq Rusiya nefti öz daimi müştərilərinə endirimlə satır. Qrossmeysterlər sayağı kimin əsəbləri və resursları daha davamlı olsa, bu savaşdan o, qalib çıxacaq.

Ovqat.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, bu mübarizədə Rusiya daha yaxşı hazırlaşmış formadadır: “Rusiya özü Belarus üçün bazar qiymətindən 17 faiz ucuz satır, çünki bir ildə 22 milyon ton neft alır. Amma Rusiya təkdir, Səudiyyənin böyük ətrafı var. Gözləyək, görək bu savaş necə bitəcək.

Bu, sadəcə iqtisadi məsələ deyil, neft strateji xammal olduğundan burada siyasət də var. Hər şey iqtisadiyyata bağlı deyil. Başqa oyunçular da kiməsə dəstək olacaq”.

İlham Şaban Səudiyyə Ərəbistanının neftin qiymətlərini aşağı salması və istehsalı artması istiqamətində strategiya ilə ABŞ-ın şist sənayesinə zərbə vurduğuna dair proqnozları belə qiymətləndirib: “Bu, reallıqdır, amma daha çox Rusiya bu addımı atır.

Həcmlərinin azalması hesabına bazardakı payını ABŞ şirkətlərinin tutmasını istəmir. Rusiya tərəfi ekspertlərinin dili ilə bunu açıq şəkildə bildirirlər”.




Ana səhifəyə qayıt        Baxış: 1 335          Tarix: 12-03-2020, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma