Xəbər lenti

“Paşinyan hökuməti xarici maraqlara nail olmaq üçün Ermənistanı alver obyektinə çevirib”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Robert Köçəryana yaxınlığı ilə bilinən, erməni deputat İşxan Saqatelyan deyib.

O, Nikol Paşinyanı ikiüzlülükdə suçlayıb: “Bu, Brüsseldə, Vaşinqtonda bir söz, Moskvada isə başqa söz söyləmək, ölkəni geosiyasi mərkəzlər arasındakı ziddiyyətlərdə alver obyektinə çevirmək deməkdir. Gecələr “Haykakan Jamanak”da, gündüz “Twitter”də, axşamlar qapalı otağa girib tamam başqa şeylər yazacaq. Beləcə, əyalət dələduzluğu ilə ölkəni geosiyasi mərkəzlərin kiçik oyuncağına çevirirlər”, - deyə Saqatelyan bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana bugünkü səfərinə gəlincə, müxalifətçi deyib: “Belə bir vəziyyətdə hamı Ermənistandan öz payını almaq istəyir. Nikolun təklifi və guya beynəlxalq dəstək proqramı Qarabağın təslim edilməsidir ki, bu da Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq. Qarabağdan əl çəkəcəyik və Ermənistanı xilas edəcəyik deyənlər erməni xalqının satqınlarıdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 573          Tarix: 28-10-2022, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma