Xəbər lenti

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün təşkili üçün hazırlıqlar davam edir”.

Bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.

Ankaradakı mənbələrə istinadən yayılan məlumatlara görə, Putinin Türkiyəyə səfərinin aprel ayının sonu - may ayının əvvəlində baş tutacağı ehtimal edilir.

Mənbə: RİA Novosti

20:14

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

Buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.

Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi. Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Mənbə: Hürriyet




Ana səhifəyə qayıt        Baxış: 3 761          Tarix: 7-02-2024, 23:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma