Xəbər lenti

İrəvan məktəblərində və ticarət mərkəzlərində terror aktının hazırlanması ilə bağlı yayılan məlumatlar Ermənistanda çaxnaşma yaradıb.

 Publika.az xəbər verir ki, bu haqda informasiyalar 15 saat ərzində gündəmdə olub. Lakin Ermənistan hüquq-mühafizə orqanları məlumatların əsassız olduğunu açıqlayıb.

İrəvanda hesab edirlər ki, terror aktı ilə bağlı yayılan məlumatlar Rusiyanın Ermənistana qarşı təxribatıdır. Erməni baş nazir Nikol Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanak” qəzeti bu məsələni gündəmə gətirib.

Qəzetə danışan “Xristian demorkatlar” partiyasının vitse-prezidenti, politoloq Hayk Sukiasyan bildirib ki, terror aktı ilə bağlı xəbərlər Rusiyanın növbəti informasiya hücumlarından biridir.

“Məqsəd Ermənistanda çaxnaşma və qeyri-sabitliyin yaradılmasıdır. Məlumatı “Armenia konets” kanalı yayıb. Bu kanalın adı simvolik xarakter daşıyyır. Belə vəziyyətin kimə sərf etdiyini anlamaq lazımddır. Ermənistanda sabitliyin pozulması Türkiyə və Azərbaycan üçün sərfəli olsa da, hazırda bu məsələ Rusiya və onun 5-ci kalonu üçün prioritet məsələdir.

İnformasiya hücumu sistematik xarakter daşıyır. Əvvəlcə dəhlizin veriləcəyi ilə başlandı, sonra anklavlarla davam etdi, indi də deyirlər ki, Ermənistan kəndləri verir. Məktəblərdə terrorun olacağı haqda xəbərlərlə cəmiyyəti təşviş içində saxlayırlar. Validenylər övladlarını məktəbə göndərməkdən qorxur və baş verənlərə görə hakimiyyəti günahlandırırlar”, - erməni politoloq bildirib və hər şeyə görə Rusiyanı günahlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 978          Tarix: 13-04-2024, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma