Xəbər lenti

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Fransada etiraz aksiyaları ilə bağlı bu ölkənin hökumətinə çağırış edib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Biz Fransanın bəzi şəhərlərində polis tərəfindən zorakılıq halları və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsindən narahatıq.

Sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir.

Biz Fransa hökumətini təcili olaraq vəziyyətlə bağlı gərginliyi azaltmağa çağırırıq", - deyə paylaşımda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: 12-06-2024, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma