Xəbər lenti

"Azərbaycan Ermənistana hücum üçün zəmin hazırlayır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq Sergey Melkonyandır.

Erməni ekspertin fikrincə, COP29 başa çatdıqdan sonra Azərbaycanın Ermənistana qarşı tələbləri artıb.

Bakı artıq Ermənistan hakimiyyətini Qərbi Azərbaycan icması arasında dialoqun başlanmasında təkid etməyə başlayıb.

Melkonyana görə, Azərbaycanın tələbləri iki məqsəd güdür - Ermənistanı zəiflətmək və hətta Ermənistanın indiki hakimiyyəti üçün də qəbuledilməz və yerinə yetirilməz olacaq ilkin şərtlər irəli sürmək.

“Ermənistan tərəfinin konstitusiya ilə bağlı tələbin yerinə yetirəcəyini təsəvvür etsək belə, bu referendum uğursuzluqla nəticələnəcək. Çünki ölkə əhalisinin 97%-i Azərbaycanın tələbi ilə konstitusiyanın dəyişdirilməsinin əleyhinədir. Yəni bilərəkdən elə bir çərçivə yaradılıb ki, orada konstitusiyaya dəyişiklik etmək istəyi olsa belə bu, mümkün olmayacaq”, - deyə o, qeyd edib.

Revanşist erməni ekspertə görə “Zəngəzur dəhlizi” Ermənistanın tamamilə məhv edilməsinə yönəlib.




Ana səhifəyə qayıt        Baxış: 3 673          Tarix: 12-12-2024, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma