Xəbər lenti

İtaliyanın "Corriere della Sera" qəzeti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müsahibəsini "mübahisəli iddialara" əsaslanaraq tam dərc etməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfi İtaliya mətbuatında Rusiya haqqında yalan xəbərlərin artdığını hiss etdikdən sonra qəzetə Lavrovla eksklüziv müsahibə təklif edib.

Qəzetin redaktorları razılaşaraq sualların siyahısını göndəriblər və Lavrov onlara ətraflı cavab verib. Lakin materialları aldıqdan sonra qəzet müsahibəni dərc etməkdən imtina edib.

"Bizə dedilər ki, S.Lavrovun sözlərində "fakt yoxlanışı və ya əlavə dəqiqləşdirmə tələb edən, dərc edilməsi ağlabatan həddi aşacaq" çoxlu şübhəli iddialar var", - diplomatlar qeyd ediblər.

Rusiyanın qısaldılmış variantı qəzetdə, tam versiyanı isə saytda dərc etmək təklifi də rədd edilib.

Rusiya XİN müsahibənin hər iki variantını - tam və redaktə variantını dərc edərək, rəsmi Roma üçün əlverişsiz olan bütün məqamları çıxardıqlarını iddia edib.

XİN-in saytında dərc olunan müsahibəsində Sergey Lavrov Rusiyanın danışıqlara hazır olmaması ittihamlarını rədd edib və bəyan edib ki, Ankoric sammitindən sonra Rusiya ABŞ-nin təklif olunan sülh planına cavabını gözləyir.

İtaliyaya gəlincə, Lavrov bildirib ki, "dost olmayan" xalq deyil, hökumətdir və əgər Roma qarşılıqlı hörmətə hazır olarsa, Moskva dialoqu bərpa etməyə hazırdır.




Ana səhifəyə qayıt        Baxış: 2 594          Tarix: Dünən, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma