Avropa İttifaqının İrəvana yönəlik xətti “ya Rusiya ilə, ya da Qərblə” formatında sərt seçim tələbi kimi qiymətləndirilir.
Musavat.com xəbər verir k, bu barədə rusiyalı politoloq Vadim Kozulin açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Aİ-nin davranış tərzi Avropa siyasi mədəniyyətinə xas olan təzyiq üslubunu əks etdirir və bugünün qlobal trendləri ilə uyğun gəlmir. Kozulin hesab edir ki, Ermənistan eyni anda həm EAİİ, həm də Aİ ilə əməkdaşlığı inkişaf etdirə bilər, lakin Brüssel İrəvana çox sərt şərtlər irəli sürür.
Politoloq bildirir ki, Ermənistan üçün düzgün yol öz maraqlarına uyğun olaraq hər kəslə münasibətləri qorumaq və balanslaşdırmaqdan keçir.
Kozulin eyni zamanda vurğulayıb ki, son illər İrəvan–Moskva xəttində müəyyən gərginliklər yaşansa da, erməni-rus münasibətlərinin təməli hələ də möhkəmdir. Onun fikrincə, tarixi bağlar, mədəni yaxınlıq və obyektiv geosiyasi reallıqlar bu əlaqələrin uzunmüddətli davamlılığını təmin edən əsas faktorlardır.
Paylaş:




























