Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşları üçün Rusiyaya vizasız giriş rejimini təsdiqləyən sərəncam imzalayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı rəsmi sənəd hüquqi məlumat portalında dərc olunub.
Yeni qaydalara əsasən, Çin vətəndaşları 1 dekabrdan etibarən adi milli pasportla Rusiyaya vizasız daxil ola biləcəklər. Sərəncam həmçinin tranzit keçid imkanını da nəzərdə tutur.
Vizasız qalma müddəti 30 gün müəyyən edilib və bu rejim:
▫ turist səfərləri,
▫ qonaqlıq və işgüzar səfərlər,
▫ elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak üçün keçərli olacaq.
Rejim 14 sentyabr 2026-cı ilə qədər qüvvədə qalacaq və sənəddə qeyd edilir ki, qərar “qarşılıqlıq prinsipi” əsasında tətbiq olunur. Qeyd edək ki, Çin Rusiyadan gələn turistlər üçün eyni qaydanı artıq sentyabrda tətbiq edib.
Paylaş:




























