Ukrayna Prezidenti Vladimir Zelenskinin tezliklə istefa verəcəyini gözləmirəm. O, faktiki olaraq müdafiə olunmağa, müqavimət göstərməyə çalışır. Düzdür, ABŞ tərəfindən böyük təzyiqlər var. Lakin ABŞ-ın təzyiqləri istefayla yox, daha çox onun sülh şərtləriylə razılaşmasıyla bağlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia barədə danışarkən deyib.
T.Rzayevin sözlərinə görə, Zelenski ya ABŞ Prezidenti Donald Trampın şərtlərinə uyğun yanaşma ortaya qoymalıdır, ya da korrupsiya skandalı getdikcə onun özünə yaxınlaşacaq:
“Zelenskinin istefa vermək planı olduğunu düşünmürəm. Onun çıxışları göstərir ki, sona qədər Rusiyaya qarşı cəbhəni davam etdirməyə çalışır. Burada da ən çox Britaniya, Fransa və Almaniya tərəfindən dəstəklənir”.
Paylaş:




























