Xəbər lenti

“Dünənki faciənin də, (Ermənistan ordusunda Geqarkunik rayonun Azat kəndində yerləşən hərbi hissədə 15 əsgərin yanması ilə bağlı hadisə-red.) Sürməli ticarət mərkəzindəki faciənin də, Azərbaycanın sentyabr hərbi əməliyyatlarının da kökündə siyasi problem dayanır.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir, bu barədə erməni politoloq Beniamin Matevosyan yerli mediaya müsahibəsində bildirib.

Erməni ekspertin fikrincə, ordudakı qarışıqlıq idarəetmədəki problemdən irəli gəlir.

“Hakimiyyət faciə ilə bağlı müxtəlif versiyalar irəli, bununla cəmiyyətin onları dərinləşdirməyəcəyinə ümid edir. Müxalifət zəif olduğu, emosional partlayışı siyasi prosesə çevirmək mümkün olmadığı üçün hakimiyyətin hər şeyi öz istədiyi axara salmağa çalışması məntiqlidir. Paşinyan 44 günlük müharibədən sonra getmədisə, dünənki faciəyə görə Suren Papikyan niyə istefa verməli idi ki? Nə qədər ki, bu məsələdə kulminasiya nöqtəsi yoxdur, bütün Ermənistan rəsmilərinin uğursuzluq halında belə fəaliyyətlərini davam etdirmək “mənəvi” haqqı var. Ona görə də bütün bu prosesin kulminasiyası heç də təkcə Papikyanın istefası deyil”, - deyə Matevosyan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 992          Tarix: 20-01-2023, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma