Xəbər lenti

Ermənistanda son rəy sorğuları Paşinyanın reytinqinin düşdüyünü göstərir. Bir araşdırmaya görə, Ermənistan vətəndaşlarının yalnız 18,8%-i Ermənistanın baş nazirinin işini müsbət qiymətləndirir. Digər sorğu göstərib ki, Nikol Paşinyanı Ermənistan əhalisinin 23%-i dəstəkləyir, 48,6%-i ona inanmır. Ciddi ictimai dəstəyin olmaması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişi imzalamaq əzminə təsir edə bilərmi?

Rusiyalı politoloq və publisist Andrey Nikulin bu məsələni Oxu.Az-a şərh edib.

Onun sözlərinə görə, Paşinyanın reytinqi, eləcə də ona olan etimad 2020-ci ildən azalır.

“Amma onun rəqiblərinə inam daha əvvəl, hətta daha çox azalır. Hazırda Nikol Paşinyanın gücü dəstəkdə deyil, sağlam alternativ inkişaf variantı təklif edə biləcək və indiki baş nazirdən daha çox əhalinin etimad göstərəcəyi fiqurun olmamasındadır”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, Paşinyan nizamlanma prosesindən və sazişlərin imzalanmasından reytinqi üçün boyun qaçırmağa, ləngitməyə çalışır, çünki əks halda ona etimad daha da azalacaq.

“Yeganə alternativ İrəvan üçün ikinci (Qarabağ - red.) müharibədən qat-qat pis vəziyyətdə başlayacaq üçüncü müharibədir. Ermənistanla Qarabağ arasında kommunikasiya Bakının nəzarəti altındadır, erməni tərəfi “müdafiə” kəmərinin əhəmiyyətli hissəsini itirib. Bu vəziyyətdə ermənilərin qələbə şansı sıfıra yaxındır. Bakı öz mövqelərini gücləndirərək İrəvana təzyiqlərini davam etdirir. Ümumiyyətlə, Paşinyanın seçimi azdır - ya üçüncü və uduzulmuş müharibə, ya da Ermənistan üçün nə qədər xoşagəlməz olsa da, sülh sazişinin imzalanması. Beləliklə, gec-tez vəziyyətin iki ssenaridən birinə uyğun inkişaf edəcəyini gözləyə bilərik”, - deyə Nikulin bildirib.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 3 631          Tarix: 13-06-2023, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma