Xəbər lenti

 

Azərbaycanda cinayət məcəlləsinə edilən dəyişikliklərlə cəzalar humanistləşdirilir. Təklif edilən dəyişikliyə əsasən, çoxlu sayda məhbus azadlığa çıxa bilər. O cümlədən ölkəmizdə yeni cəza növü olan ev dustaqlığı tətbiq ediləcək. Ömürlük azadlıqdan məhrum edilənlər üçün də güzəştlər olacaq.

Yaxın zamanda Azərbaycanda cinayət məcəlləsinin bir sıra maddələrinə köklü dəyişiklik ediləcək.

Cəzalar yüngüllərşdiriləcək, yeni və daha sadə cəza növləri tətbiq ediləcək. Bütün bunların edilməsi üçün ölkə prezidenti tərəfindən Milli məclisə yeni qanun layihəsi göndərilir. Dəyişikliklərin ən əsası ev dustaqlığı ilə bağlıdır ki, bu da cinayət törədənlərin cəmiyyətdən təcrid olmadan cəza çəkməsinə şərait yaradacaq.

Dəyişikliyə əsasən, ömürlük məhbuslara da güzəştlər tətbiq ediləcək. O cümlədən narkomanlar da cinayət məsuliyyətindən azad edilə bilər.

Digər dəyişikliyə görə isə, bir sıra maddələr üzrə cəzaçəkmə müddəti azaldılacaq. Üstəlik, bu dəyişiklik ötən illərdə məhkum edilmiş şəxslərə də şamil ediləcək.

Yeniliyin tətbiqi ilə çoxlu sayda məhbusun vaxtından daha tez azadlığa çıxacağı gözlənilir. Bu dəyişikliklərin noyabr 1-dən etibarən tətbiqi planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 25-09-2017, 22:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma