Xəbər lenti

 

Yuxu hər bir yaşda insan sağlamlığı üçün zəruridir. Uşaqlar 9 saat, yetkinlik yaşına çatanlar isə 6-8 saat yatmalıdırlar. Çoxlarımız yuxusuzluqdan əziyyət çəkirik. Əgər yatağa uzanandan sonra 30 dəqiqə ərzində yata bilmiriksə və bu hal dörd dəfədən çox təkrar olursa, deməli, yuxu problemimiz vardır.

Yuxuya niyə ehtiyac duyuruq?
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, yuxunun faydaları çoxdur:
- Bədən enerjimiz təzələnir.
- Xəstəliklər və yorğunluqlarla vuruşur.
- Bədinin müqavimət gücünü artırır.
- Hafizəni gücləndirər.
- Ruhiyyəni yaxşılaşdırır.
- Bir dəfə yatmaqla iş qabiliyyətimiz bərpa olur.
Bəs nə qədər yuxuya ehtiyacımız vardır?
Hər bir yaşda yuxuya olan ehtiyac fərqlidir. Körpələr daha çox yuxuya ehtiyac duyur, cavan və yetkin insanlar bir qədər az. Əgər siz gün ərzində halsız və hövsələsizsinizsə, gecə yuxusunu 2 saat artırın. Görün ki, yenə də halsız olacaqsınız, yoxsa yox.
Az yatmaq həm psixoloji durumumuza və həm də cismimizə mənfi təsir qoyur. Bunun nəticəsində:
- Ağrı hissi.
- Stress artımı.
- Köklük.
- Hafizə zəifliyi.
- Psixoloji problemlər: iztirab, qəmgin olmaq kimi.
- Bədənlə gördüyünüz fəaliyyətlərin zəifləməsi baş verir.
Yuxu azlığı bədənin müqavimət qüvvəsinə də mənfi təsir qoyur. Xüsusilə də ürək və ağ ciyərlər yuxu azlığına qarşı həssasdır. Belə ki, yuxu azlığı nəticəsində insanda ürək xəstəlikləri, təngnəfəslik və qan təzyiqi xəstəliyi yaranır. Yuxusuzluq nəticəsində bədəndə olan gerlin hormonu artar. Bu hormon insanda iştahanı artırar. Ancaq leptin hormonunu azaldar və bunun nəticəsində insanda çəki artar və insan kökələr.
Yuxusuzluq insanı əsəbi edər və rabitələrinin azalmasına gətirib çıxarar. Tədqiqat göstərir ki, imtahan gecəsi 6 saatdan az yatan şagirdlər 8 saat yatan şagirdlərlə müqayisədə daha az bal toplayır və təhsildə çox da müvəffəq deyildirlər.
İnsan kifayət qədər yuxusunu alan zaman məlumatları yaxşı qavrayar və rahatlıqla onları yada sala bilər. Yatmaq insanın dərdinə yaramayan məlumatları zehnindən uzaqlaşdırlmasına kömək edər.
Gecə yuxusunun 6 saatdan az olması qan təzyiqi xəstəliyi təhlükəsini yaradar. Yuxu stress hormonlarını nizama salar və onları orta həddə saxlayar. Bədənin əsəb sisteminin sağlamlığını təmin edər.
Rahat yuxunu necə təmin etmək olar?
- Gecələri yatan zaman çalışın ki, müəyyən saatda yatasınız və müəyyən saatda da yuxudan ayılasınız.
- Yatmamışdan qabaq isti su ilə duş qəbul edin və kitab oxuyun.
- Yatdığınız otaq gərək qaranlıq, sərin və səssiz olsun.
- Yatdığınız döşək və yastıq rahat olmalıdır.
- Yeməyinizlə yatmağınız arasındakı fasilə 2-3 saat təşkil etməlidir.
- Davamlı olaraq, idman edin. Yatmazdan iki saat əvvəl idman edin və bu zaman rahat yatacaqsınız.
- Yatmazdan 3 saat əvvəl tərkibində kofein olan maddələri qəbul etməyin (qəhvə kimi).
- Nikotindən çəkinin. Əgər siqaret çəkib, yatağa uzansanız, yata bilməyəcəksiniz.
 
Sağlam yuxu həm insanın psixoloji durumunu və həm də cismini sağlam edər və onu həyat enerjisi ilə təmin edər.




Ana səhifəyə qayıt        Baxış: 1 069          Tarix: 30-09-2017, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma