Xəbər lenti

 

Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985).
Ovqat.com zikr.az-a istinadən bildirir ki, belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O buyurmuşdur ki, "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". Bundan əlavə, istəsəniz digər zikrləri də oxuya bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdi­rib on­ların içinə üfürər, sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyardı. Daha sonra isə əllərini baş və üz nahiyəsindən baş­layaraq bacar­dığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi.




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 10-10-2017, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma