Xəbər lenti

 

Duz yalnız yeməklərimizə dad qatmır. Duzun həm də digər faydaları var.

Qapı girişlərinə və parketin boş yerlərinə duz töksəniz, qarışqaların gəlməsinin qarşısını almaq olar;

Qoltuq altında yaranan tər ləkələrindən xilas olmaq üçün isti suya 4 qaşıq duz atın və paltarlarınızı bu qarışıq ilə yuyun;

Duz qan ləkəsinə qarşı da olduqca təsirlidir. Soyuq duzlu suyu qan ləkəsi olan hissəyə tökün sonra ilıq su ilə yuyun;

Duz, karbonat (soda) və bir az su qarışdırıb dişlərinizi fırçalasanız, bəyazlaşdığını görəcəksiniz;

Masadakı su ləkələrinin üzərinə duz və zeytun yağı qarışığı töküb ovsanız, ləkələr gedəcək;

Qazandakı yağ və kif ləkələrinə duz və bir neçə damcı limon suyu töküb təmizləsəniz, ləkələr tez bir zamanda yox olacaq;

Soyuducunu su, duz və karbonat (soda) qarışığı ilə təmizləsəniz, soyuducunun pis qoxulardan xilas olduğunu görəcəksiniz;

Yağ yapışan tavalara duz töküb kağız dəsmal ilə təmizləyin;

Qırmızı şərab tökülən yerə dərhal duz tökün. Ardından soyuq su ilə yuyun, duz şərabın böyük qismini təmizləyəcək;

Davamlı qəhvə hazırladığınız çaydanın içinə duz və buz qoyub çalxalayın, tərtəmiz olduğunu görəcəksiniz.




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 22-10-2017, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma