Xəbər lenti

"Çətin vəziyyətdə yaşayan qadınlara real dəstək verməyə çalışırıq".

"Report"un məlumatına görə, bunu "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması" mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, iqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlı olur və öz yaşayışını təmin edə bilir: "Son dövrlərdə regionlarda yaşayan qadınlara dəstək olmaq üçün mərkəzlər yaradılıb, onlardan biri də son günlərdə açılan Salyan Qadın Resurs Mərkəzidir. Biz dövlət qurumları ilə də işləyirik. Bununla yanaşı sevindirici haldır ki, Qeyri-Hökumət Təşkilatları ilə birgə görülən işlər də öz bəhrəsini verir".

H.Hüseynova qeyd edib ki, gender zorakılığı ilə mübarizə aparmaq üçün geniş tədbirlərə ehtiyac var: "Zorakılığın, qadınların hüquqlarının pozulmasının qarşısının alınması, ailə institunun qorunması bütövlükdə dövləti qorumaq deməkdir. Azərbaycanda məişət zorakılığına qarşı yalnız bir Dövlət Komitəsi və bir dövlət qurumu mübarizə aparmır, bu bütün cəmiyyətimizin problemidir".




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 24-10-2017, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma