Xəbər lenti

 

Evlərdən çıxarılan tullantılar yolun ortasına və ya küçəyə atılır.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, nəticədə ərazidə qalaq-qalaq tullantılar yaranıb.
Söhbət Abşeron rayonu, Hökməli qəsəbəsinin əsas küçələridir. Ərazidə zibil yeşiklərinin olmaması bu mənzərənin yaranmasına səbəb olur. Qəsəbə sakinləri vəziyyətdən əziyyət çəkdiklərini deyir.
Sakinlər bildirir ki, qəsəbədə demək olar ki, zibil yeşikləri yoxdur. Üstəlik küçələrə yığılan zibillər aylarla təmizlənmir.
Sakinlərin yeganə istəyi budur ki, küçələrə zibil yeşikləri qoyulsun.
Məsələ ilə bağlı hökməli qəsəbə bələdiyyəsinə getdik. Bələdiyyənin müavini idarədə olsa da açıqlama vermədi. Bələdiyyənin sədri ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq zəngimizə cavab verən olmadı.

 




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 29-10-2017, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma