Xəbər lenti

 İranın Gülüstan əyalətinin Ziyarət kəndindəki villada keçirilən gecə qonaqlığına qatılan daha 11 qız və oğlan həbs edilib.

Axar.az xəbər verir ki, kefli və sərxoş vəziyyətdə bir-biri ilə rəqs edib, əylənən gənclərin olduğu villada hüquq-mühafizə orqanlarının apardığı yoxlama zamanı yerli və xarici istehsal olan onlarla müxtəlif alkoqullu içkilər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparıldığı bildirilir. Tutulan qız və oğlanların adları mediaya açıqlanmayıb.

Qeyd edək ki, bu hala İranda artıq vaxtaşırı olaraq rast gəlinir. Bu vaxtadək eyni əmələ görə 2 minə qədər gənc saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 709          Tarix: 30-10-2017, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma