Xəbər lenti

 

Apteklərdə nağdsız alış-veriş etmək müşkülə çevrilib. Buna səbəb paytaxtdakı bir çox apteklərdə pos-terimanalların olmamasıdır. Bu hal isə müştərilərin narazılığına səbəb olur.

Çəkiliş zamanı biz də paytaxtdakı bir çox aptekdə pos-terminalın olmadığına şahid olduq.

Yasamal rayonunda yerləşən bir aptekdə isə bildirdilər ki, pos-terminalı qonşuluqdakı digər obyektlə şərikli şəkildə istifadə edirlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 219 saylı qərarı, eləcə də "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanuna əsasən hər bir satış obyektində pos-terminalın olması mütləqdir. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Apteklərdə pos-terminal tapılmır




Ana səhifəyə qayıt        Baxış: 530          Tarix: 9-11-2017, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma