Xəbər lenti

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində uzun müddətdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə hasara alınaraq qorunub saxlanılan 25 hektara yaxın ərazisi olan yaşıllıq məhv edilməsi məsələsini araşdırıb.

Ovqat.com-un məlumatına görə, ETSN-nin mətbuat xidmətindən realpress.az-a bildirilib ki, araşdırma nəticəsində vəzifəli şəxs cəzalandırılıb.

Nazirlikdən bildiriblər ki, həmin ərazidə  Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin Sabunçu rayon bölməsinin əməkdaşları inkişafdan qalmış ağacları kəsərək isinmək üçün istifadə etmək istəyiblər. Qeyd edilən ərazidə qanunsuz ağac kəsdiyinə görə Vəliyev Seyfəddin Qurban oğluna inzibati xətalar məcəlləsinin 275-ci maddəsinə uyğun protokol tərtib olunaraq cərimə tətbiq edilib.

İcra Hakimiyyətinin əməkdaşlarına bildirilib ki, inkişafdan qalmış, yaxud quru ağacların götürülməsi üçün nazirliyin ekspertiza idarəsinə müraciət edilməlidir.

ETSN Heydər Əliyev Fondunun təşəbbüsü ilə hasara alınaraq qorunub saxlanılan 25 hektara yaxın əraziyə çirkab suyun axıdılması ilə bağlı Sabunçu rayon Su-Kanal İdarəsinin müdiri barəsində protokol tərtib edilib. Belə ki, idarə müdiri Vəliyev Fərmail Kalam oğlu vəzifəli şəxs qismində cərimələnib.

Nazirlik yaxın zamanlarda əraziyə çirkab suyun axıdılmasının qarşısı alınması üçün göstəriş verib. Artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

Videonu görmək üçün linkin üzərindən vurun:

<iframe src='//bax.tv/player/6091.html' width='640' height='360' frameborder='0' scrolling='no' allowfullscreen></iframe>




Ana səhifəyə qayıt        Baxış: 945          Tarix: 21-11-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma