Xəbər lenti

Avropa İttifaqı (Aİ) hakimiyyəti «şaurma» və «dönər-kabab»ı qadağan etmək istəyir. Buna səbəb kimi fosfatlardan istifadənin qadağan olunması önə çəkilir. Guya bu yeməklərin hazırlanması zamanı ətə fosfatlar əlavə olunur. Sonra da elan ediblər ki, fosfatlardan istifadə ilə insanlarda ürək-damar xəstəliklərinin meydana gəlməsi arasında bir asılılıq var.

Öz növbəsində, küçə kafeləri işlədən sahibkarlar Aİ hakimiyyətinə qarşı ittihamlarla çıxış edirlər. Onlar bəyan ediblər ki, bu, diskriminasiyadır, çünki şaurmanı və dönər-kababı əksər hallarda Türkiyə əsilli insanlar hazırlayırlar//AzPolitika.info 




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 2-12-2017, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma