Xəbər lenti
20-09-2020, 15:52

 

Növbəti xəbərim sürücülərlə bağlıdır. "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. Yeni qaydalara əsasən əgər cərimələr ödənilməsə, sürücülər sürücülük vəsiqələrini dəyişdirə bilməyəcəklər, onların avtomobillərinin qeydiyyatı da aparılmayacaq. Ona görə sürücülər cərimələrini vaxtında ödəsələr yaxşıdır.

Avtomobillərin qeydiyyatı və təkrar qeydiyyatı, onların texniki baxışdan keçirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı sürücülərdən cərimələrinin ödənilməsi tələb ediləcək. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dəyişiklikləri bir neçə aspektdən qiymətləndirmək lazımdır. Əvvəla, ilkin və təkrar qeydiyyat zamanı cərimələrin ödənilməsini tələb etmək müsbət haldır.

Ekspertin sözlərinə görə, xüsusilə sürücülük vəsiqələri dəyişdirilərkən cərimələrin ödənilməsi tələbi sürücülər üçün sürpriz yarada bilər.

Cərimələrin vaxtında ödənilməsini sürücülər də yararlı hesab edirlər.

Sənədləşmə işlərində problem yaşamaq istəməyən sürücülərin davamlı olaraq cərimələrinin olub-olmadığını yoxlamaları tövsiyə edilir.





Ana səhifəyə qayıt        Baxış: 756          Tarix: 19-12-2017, 20:59      


Paylaş:   

Ən çox oxunanlar