Xəbər lenti

 

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar oyunlara bilet alan şəxslər xüsusi avtobuslarla daşınacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, həmin şəxslər biletlərini təqdim etməklə metronun "Qara Qarayev", "Gənclik" və "20 yanvar" stansiyalarından start götürən "Express" avtobuslarla daşınacaq. Avtobuslar metro stansiyalarının qarşısından saat 17:00-da start götürəcək. Həmin avtobuslar Bakı Olimpiya Kompleksindən 22:30-da geri qayıdacaq. Əlillər üçün isə metronun "Gənclik" stansiyasından xüsusi avtobus ayrılacaq. Hələlik sərnişinlərin daşınması üçün 228 avtobus ayrılıb, 91 avtobus isə ehtiyat üçün saxlanılıb.

Sərnişinlərin daşınması üçün marşrutlar həmin günlərdə gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək. Ehtiyac yaranarsa, həmin marşrutların vaxtı uzadıla da bilər. (trend)




Ana səhifəyə qayıt        Baxış: 1 010          Tarix: 8-05-2017, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma