Xəbər lenti

  Ukraynadan Azərbaycana gəlin köçən qadın 4 uşağı ilə birlikdə evdən qaçıb. 27 yaşlı qadını uşaqları ilə birlikdə evini tərk etməyə vadar edən isə həyat yoldaşının fiziki zorakılığı olub.

10 ildir evli olan Fatimə Xansevərovanın 4 uşağından üçü məktəbli yaşındadır. Lakin həyat yoldaşı istəmədiyi üçün onları məktəbə göndərə bilməyib. Hər gün bunun üstündə başlayan söz söhbət qadının övladları ilə birilikdə evdən qaçmasına gətirib çıxarıb.

Qadın deyir ki, böyük övladı artıq 3-cü sinifdə oxumalıdır. Lakin atalarının qoyduğu məhdudiyyətə görə təhsildən yayınıb.

Fatimə Xansevərova Ukrayna vətəndaşıdır. Orda həyət yoldaşı ilə tanış olub və ailə həyətı qurduqdan sonra Bakıya gəlib. İndi tək istəyi övladlarının sənədlərini düzəldərək Ukraynaya qayıtmaqdır.

Qadın yoldaşını bağışlamayacağını bildirir. Onun tək istəyi övladlarının təhsil alıb bir peşəyə yiyələnməsidir. Ancaq hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında reabilitasiya altındadır.

Sığınacaq direktorunun sözlərinə görə, yaxın vaxtlarda qadının sənədləri qaydasına düşərsə, o uşaqları ilə birlikdə Ukraynaya yola salınacaq. (“Xəzər TV”)




Ana səhifəyə qayıt        Baxış: 1 106          Tarix: 15-05-2017, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma