Xəbər lenti

Ədliyyə naziri Fikrət Məmmədov mayın 16-da Salyan rayonunda vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Salyan rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küç., 136) keçiriləcək qəbulda Salyan, Neftçala və Hacıqabul rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Salyan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 




Ana səhifəyə qayıt        Baxış: 973          Tarix: 12-05-2018, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma