Xəbər lenti

“Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Sahibkarlar nəyə görə gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur, 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir, bizim fikrimiz belə oldu ki, burada bir düzəliş edək. Balanslaşdıraq, işə götürənin yükünü azaldaq. Sahibkar işçiləri sığortaya cəlb etsin, əks təqdirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 21-06-2018, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma