Xəbər lenti

Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı məcburi qaydada Azərbaycana deportasiya edilib.

Bu barədə məlumatı AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzindən məlumat veriblər. Məlumatda deyilir ki, son bir həftə ərzində şəxsiyyətləri “Readmissiya haqqında” sazişə əsasən müəyyən edilən Azərbaycan Respublikasının 51 vətəndaşı məcburi qaydada Almaniyanın müxtəlif şəhərlərindən Münxendə qanunsuz miqrantlar üçün nəzərdə tutulan müvəqqəti saxlama mərkəzinə aparılıb.

18 iyul 2018-ci il tarixdə isə xüsusi çarter reysi ilə onlar Azərbaycana göndərilib. Göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

Mövzu ilə bağlı AzEuroNews.com-a danışan “Legat”ın rəhbəri Əlövsət Əliyev bildirib ki, insanların kütləvi deportasiyası yolverilməzdir və beynəlxalq hüququn tələblərinə ziddir.

 




Ana səhifəyə qayıt        Baxış: 254          Tarix: 20-07-2018, 15:42      


Paylaş: