Xəbər lenti

Azərbaycan ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu yarımadada gecə 19-23°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Avqustun 26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-25° isti təşkil edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 559          Tarix: 25-08-2018, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma