Xəbər lenti

 

“Bəzi sürücülərin nəqliyyat vasitəsinin qadağan olunan yerdə, o cümlədən, səkidə, piyada keçidinin üzərində, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan pandusun qarşısında saxlaması təəssüf doğurur”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, yol hərəkəti haqqında qanunun müvafiq tələbini pozan bu cür sürücülərə qarşı inzibati tədbirlər nəzərdə tutulub: “Lakin müsbət nəticəyə nail olmaq üçün ilk öncə geniş maarifləndirmə işləri aparılmalıdır. Sürücülərə digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmalarının vacibliyi izah edilməlidir. Bakı Nəqliyyat Agentliyi bu məqsədlə geniş maarifləndirmə tədbirləri həyata keçirməkdədir.

Eyni zamanda onu da bildirmək istərdik ki, hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır. Dayanaqlı proqram tənimatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Əsas məqsədimiz vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaflıq prinsiplərinə əsaslanan xidmətin göstərilməsidir”.\\ednews.net




Ana səhifəyə qayıt        Baxış: 598          Tarix: 8-09-2018, 19:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma